Beynəlxalq yarışda ölkəmizi təmsil edəcək şəxslərin seçiminə start verilir | |
"WorldSkills Azerbaijan" platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə "WorldSkills Asia 2021" bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir.
25-dək yaşı olan gənclər qeydiyyat prosesində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün müvafiq keçiddən (https://cutt.ly/tmDmhis) istifadə edə bilərsiniz. Seçim mərhələsinə qatılmaq üçün son qeydiyyat tarixi 21 iyuldur.
Qeyd edək ki, ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində "WorldSkills Asia" tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcəklər. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkədən təmsilçilərin qatılması nəzərdə tutulur.
|
|
14.07.2021 | 16:45 | |
|
|
|