Gömrük Akademiyası üzrə əla göstərici

Dövlət İmtahan Mərkəzinin 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb- magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

 

Bu il Akademiyada magistratura səviyyəsinə qəbul üçün Dünya iqtisadiyyatı istiqaməti üzrə Gömrük işi, Hüquqşünaslıq istiqaməti üzrə isə Beynəlxalq iqtisadi hüquq ixtisaslaşmalarına qəbul həyata keçirilib.

 

Qeyd edək ki, builki qəbulda Gömrük işi ixtisaslaşması üzrə ən yüksək keçid balı Gömrük Akademiyasına məxsusdur.

 

Bu barədə Gömrük Akademiyasından bildirilib.

 



12.07.2021 | 14:55