Ali təhsilin keyfiyyət təminatının təkmilləşdirilməsi müzakirə olunub | |
“Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” layihəsinin azərbaycanlı iştirakçıları ilə onlayn seminar təşkil olunub.
Azərbaycan Dövlət Pedoqoji, Naxçıvan Dövlət və Sumqayıt Dövlət universitetlərinin qatıldığı seminarda müəllim, tələbələr və işəgötürənlərin iştirakı ilə bir çox mühüm məsələlər müzakirə olunub.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Keyfiyyətin təminatı” şöbəsinin müdiri, dosent Qalib Şərifov seminarın məqsədi haqda məlumat verib.
Seminarda təhsilin keyfiyyətinin qiymətləndirmə meyarları, elmi tədqiqatların strategiyası və əsas məqsədləri, tədqiqata aid strateji tələblər, təlim və tədris vasitələri, qiymətləndirmə prosesi, tədqiqat keyfiyyətinin saxlanılması və bir çox mühüm məqamlara aydınlıq gətirilib.
Təhsildə keyfiyyət sisteminin inkişafı və tətbiqində əsas problemlər, keyfiyyət sisteminin uzun müddətli effektiv fəaliyyəti, universitetlərdə təhsilin keyfiyyətinin artırılması üçün zəruri hesab olunan fəaliyyətlər, ali məktəblərdə təhsilin keyfiyyətinin monitorinqi və keyfiyyət göstəriciləri mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
|
|
12.07.2021 | 15:17 | |
|
|
|