BDU-nun tələbələri müsabiqədə II yerdə | |
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin tələbələrindən ibarət komanda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin Azərbaycanın ali təhsil müəssisələri arasında keçirdiyi beynəlxalq humanitar hüquq üzrə müsabiqədə iştirak edib.
Universitetdən bildirilib ki, ali məktəbin Beynəlxalq ümumi hüquq kafedrasının doktorantı Rübabə Abdullayeva müsabiqənin birinci mərhələsində qonaq məruzəçi qismində çıxış edib.
Müsabiqədə komandalar silahlı münaqişənin və digər zorakılıq vəziyyətlərinin simulyasiya ssenarisini ehtiva etməklə müstəqil hakimlər qarşısında beynəlxalq humanitar hüququn nəzəri və praktiki elementlərini nümayiş etdiriblər.
Hüquq fakültəsinin III kurs ingilis bölməsinin tələbələri - Sona Abdullayeva, Kamran Əhmədli və Lalə Əhmədzadənin üzv olduğu BDU komandası müsabiqədə II yerə layiq görülüb.
|
|
12.07.2021 | 10:23 | |
|
|
|