Elektron arayışlar xidməti istifadəyə verilib | |
İyulun 7-də https://portal.edu.az/ platformasında elektron arayışlar xidməti istifadəyə verilib. Bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər:
Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə https://portal.edu.az/ platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.
Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (https://edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.
|
|
07.07.2021 | 18:15 | |
|
|
|