UNEC məzunu ölkə birincisi oldu | |
2020/2021-ci tədris ilini bakalavr dərəcəsi üzrə ölkədə ən yüksək ortalama (99,57 bal) ilə bitirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Aydan Hüseynova oldu.
Universitetdən bildirilib ki, A. Hüseynova 2017-ci ildə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) Maliyyə ixtisasına qəbul olub.
Təhsil aldığı müddətdə Mevlana mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alıb.
4 dəfə UNEC-in TOP 15 təqaüdünü qazanıb.
|
|
06.07.2021 | 16:33 | |
|
|
|