Selçuk Universiteti ilə AzTU arasında əməkdaşlıq memorandumu | |
Türkiyənin Selçuk Universitetinin prorektoru, professor İlhan Çiftçi və nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşən nümayəndə heyəti iki ali məktəb arasındakı əlaqələrin gələcək perspektivlərini müzakirə edib. Görüş çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər tələbə və müəllimlər üçün Erasmus+, Mövlana mübadilə proqramlarından qarşılıqlı yararlanmaq, “SABAH Magistratura” proqramı çərçivəsində AzTU-da həyata keçiriləcək Təchizat zəncirinin logistikası və nəqliyyatı ixtisaslaşması üzrə əməkdaşlıq etməklə bağlı razılığa gəlib.
Bundan başqa, magistr və doktorluq dissertasiyalarına birgə rəhbərlik məsələləri də memorandumda öz əksini tapıb.
|
|
05.07.2021 | 17:00 | |
|
|
|