“Açıq qapı” günündə 18 tələbənin müraciəti dinlənilib | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) IV modul üzrə imtahan sessiyasının sonuncu “Açıq qapı” günü keçirilib.
Tələbələrin müraciətləri imtahan nəticəsinə balın əlavə edilməsi, apelyasiya müraciətlərinə yenidən baxılması, təkrar imtahanın təşkili, akademik borcun ləğv edilməsi, imtahan zamanı yaranan texniki problemlər barədə olub. Müraciətlər dinlənildikdən sonra araşdırılması üçün tapşırıq verilib, bəzi məsələlər isə yerindəcə həllini tapıb.
Xatırladaq ki, UNEC-də IV modul üzrə imtahan sessiyası iyunun 18-dən iyulun 3-dək keçirilib.
|
|
05.07.2021 | 11:29 | |
|
|
|