Vətəndaşların nəzərinə! | |
Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə https://portal.edu.az/ platforması istifadəyə verilib. Bununla əlaqədar Təhsil Nazirliyinin office@edu.gov.az elektron poçt ünvanı yalnız korporativ və ya işgüzar yazışmalar üçün istifadə olunacaq və bu poçta göndərilən digər müraciətlər icraata alınmayacaq.
Vətəndaşlar Təhsil Nazirliyinə müraciət etmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər: “Virtual bələdçi” xidməti; https://portal.edu.az/ platforması; “Whatsapp” nömrə: (+994) 51 206 78 48.
Qeyd edək ki, nazirlik tərəfindən https://portal.edu.az/ platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.
Portaldan istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.
|
|
29.06.2021 | 15:57 | |
|
|
|