8 müəllim daimi işləmək hüququ qazanıb

Respublikanın  ümumi  təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə 2018-ci ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən keçirilən müsahibələrin nəticələri artıq yekunlaşıb.

 

Şabran rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul   şəxsi Gülər Hüseynovanın verdiyi   məlumata görə,    hazırda rayon üzrə 8 müəllim öz iş yerinə daimiləşmək hüququ qazanıb.

 

Biz onları oxucularımıza təqdim edirik.

 

 

 

Nuranə Mikayılova:

Şabran rayon Günəşli kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

-Bizdən müsahibə götürən gülərüzlü həmin insanlara təşəkkür edirəm. Müsahibə çox obyektiv, qərəzsiz, son dərəcə mükəmməl, yüksək səviyyədə təşkil olunmuşdu. Müəllimlərin işə qəbuluna belə həssaslıqla yanaşılması uşaqların gələcəyinin etibarlı əllərdə olacağına əminlik yaradır.

 

 

 

 

 

Günay Bağırzadə:

Şabran rayon Günəşli kənd ümumi orta məktəbinin coğrafiya müəllimi

 

-Bu müsahibə mənim üçün çox önəmli idi və həyatımda dəyişiklik yaratdı. Müsahibəyə girməzdən öncə çox həyəcanlı idim. Lakin məndən müsahibə alan komissiya üzvlərinin  xoş davranışı, verilən sualllara əminliklə cavab verməyim məni sakitləşdirdi.  Beləliklə, mən bu imtahandan  uğurla keçdim. Biuzim üçün bu şəraiti yaratdığına görə Təhsil Nazirliyinə və əməyi olan hər kəsə təşəkkür edirəm.

 

 

 

 

Nail Bədəlov:

Şabran rayon Pirəbədil kənd tam orta məktəbinin texnologiya müəllimi

 

-Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi üçün atılan bu addımı çox yüksək dəyərləndirirəm.Bu, həqiqətən, ədalətli və təqdirəlayiqdir.

 

 

 

 

Nərmin Muradova:

Şabran rayon Qazbabalı kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi

 

-Müsahibə başlamazdan öncə mən bir az həyəcanlı idim. Amma oradakı gülərüzlü, səmimi insanların xoş davranışı mənə həyəcanıma qalib gəlməkdə kömək etdi. Məni çox səmimi qarşıladılar, suallar da çox xoşuma gəldi. Bunlar hər bir müəllimin bilməli olduğu suallar idi.

 

 

 

 Nərmin Orucova:

 Şabran şəhər 3 nömrəli ümumi orta məktəbin fiziki tərbiyə müəllim

 

-İlk növbədə təhsil nazirimizə təhsildə keçirdiyi islahatlar və şəffaflığa görə öz təşəkkürümü bildirirəm. Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi mən də daxil olmaqla bir çox müəllimi sevindirdi. Mən daimiləşmə üçün müsahibəyə dəvət olundum. Müsahibə götürən müəllimlər mənə çox səmimi və hörmətlə yanaşdılar, mən də verilən sualları rahatlıqla cavablandırdım və bununla da müsahibədən uğurla keçdim. Düşünürəm ki, təhsildə belə yeniliklər gənc və savadlı kadrların üzünə çox qapılar açacaq.

 

 

 

Sahilə Ələskərova:

Şabran rayon Vələsli kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllim

 

-Mən də bu il müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi üçün təşkil olunan müsahibədə iştirak etdim. Müsahibə çox yaxşı keçdi. Ümumiyyətlə, bu müsahibə məndə xoş təəssürat yaratdı və müəllimlik fəaliyyətimdə mühüm rol oynadı.

 

 

 

 

Samirə Bağırova:

Şabran rayon Xıqdaoymaq kənd ibtidai məktəbinin müəllimi

 

-İki ildir ki, müəllim işləmək üçün mübarizə aparırdım. Daha öncə başqa kənd məktəbində də müddətli müqavilə ilə müəllim işləmişəm. Bu il müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin daimiləşməsi üçün təşkil olunan imtahanda iştirak etdim. Heç bir neqativ halla qarşılaşmadım. Müsahibə tam obyektiv kerçirildi. Çox şadam ki, məni bu yerə uyğun gördülər və mən çoxdankı arzuma çatdım. Bizim üçün bu şəraiti yaradan hər bir kəsə öz minnətdarlığımı bildiriəm.

 

 

 

 

 Naibə İslamova:

 Şabran rayon Kilvar kənd ümumi orta məktəbin texnologiya müəllimi

 

-Bu müsahibə mənim üçün çox önəmli idi. Əslində əvvəllər daha uzun prosedurlar keçəcəyimi düşünürdüm daimiləşmə üçün. Amma bu müsahibə ilə hər şey elə asan alındı ki. İndi rahat öz işimdə həmişəlik işləyə biləcəm. Buna şərait yaratdığı üçün Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm.

 

 

 

Şakir CƏFƏROV

 



29.06.2018 | 15:04