“Məktəb inspektoru” vəzifəsi üzrə müsabiqə davam edir | |
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vəzifəsi üzrə elan edilən müsabiqə davam edir. Sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:
· Ali təhsil; · Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər; · Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); · Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; · Yüksək səviyyədə Azərbaycan dili biliyi; · “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı; · Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı; · Analitik, strateji düşünmə və problem həlletmə bacarığı; · Monitorinq və qiymətləndirmə bacarığı; · Təşkilatçılıq bacarığı; · Komandada işləmə bacarığı; · Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı; · Minimum yaş həddi - 30 yaş.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.
Qeyd edək ki, vakansiya ilə bağlı daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/35D3m4e) daxil olaraq tanış ola bilərsiniz.
|
|
25.06.2021 | 11:23 | |
|
|
|