SOS Uşaq Kəndlərinin nümayəndələri Gömrük Akademiyasında olub

Dövlət Gömrük Komitəsinin Akademiyasında SOS Uşaq Kəndlərinin nümayəndələri üçün tanışlıq görüşü keçirilib.

 

SOS Uşaq Kəndlərinin əsas məramlarından biri yetkinlik yaşında olan uşaqların gələcək peşə seçiminə dəstək olmaqdır.

 

Görüşdə  Gömrük Akademiyasının fəaliyyəti haqqında ətraflı məlumat verilib, gömrük işinin vacibliyi barədə və gələcək peşə seçimində uşaqlara dəstək məqsədilə motivasiya söhbətləri aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Kinoloji Təlim Mərkəzi də ziyarət edilib. Ziyarət əsnasında qonaqlar muzeylə tanış olub. Uşaqların birbaşa iştirakı ilə təlim itləri ilə məşqlər keçirilib.

 



23.06.2021 | 15:22