Alimlər Göygöl ərazisində mikoloji tədqiqatlar aparıblar

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri Dilzarə Ağayeva və əməkdaşları- Lamiyə Abasova, Elgün Mustafabəyli, Aytac Əliməmmədova Elnarə İsgəndərli, Yaqut Yusifova Göygöl rayonunda ekspedisiyada olublar. Məqsəd Göygöl və ətraf ərazilərin göbələk müxtəlifliyini tədqiq etmək, patogen növlərin mövcudluğunu, yayılma arealını müəyyənləşdirmək və Qırmızı Kitabın III nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərini axtarmaq olub. Ekspedisiya zamanı Göygöl Dövlət Təbiət Qoruğu və ətraf kəndlərdə müşahidələr aparılaraq makro və mikromiset göbələk nümunələri toplanılıb. Göygöl və Maralgöl ətrafında ksilotrof göbələklərdən Laetiporus sulphureus, Phomes phomentarius kimi növlərin geniş yayıldığı müəyyənləşdirilib ki, onların içərisində tibbi əhəmiyyətli növlər də vardır. Tədqiq olunan ərazidən tapılmış Ganoderma lucidum isə nadir növdür.

 

Bütövlükdə eskpedisiya zamanı 70-dən artıq göbələk nümunəsi yığılıb və herbariləşdirilib. Ekskursiyaların nəticəsi olaraq bölgənin mikobiotası barədə ilkin təsəvvürlər formalaşıb.

 



18.06.2021 | 17:22