Dünya güclü ali təhsil şəbəkəsindən faydalanır | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Böyük Britaniyanın “QS World University Rankings” nəşri 2021-2022-ci tədris ili üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq sıralamasını (QS World University Rankings 2022 ) dərc edib. Bu il reytinq rekord sayda - 1300 universiteti əhatə edir ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Bu, QS-in bu günə qədərki ən böyük tədqiqatı deməkdir.
Reytinqə əsasən dünyanın ən yaxşı universitetlərinin siyahısına ardıcıl olaraq 10-cu ildir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir.
İnstitutun prezidenti Rafael Reyf MIT-ın uğurunu belə qiymətləndirir: “Biz, Massaçusets Texnologiya İnstitutunu olduğu kimi edən müəssisəmizin və müəllimlərimizin, işçilərimizin, məzun və tələbələrimizin tanınmasını dərindən dəyərləndiririk, biz həm də bütün dünyada akademik institutların nailiyyətlərinə son dərəcə heyran qalırıq. Dünya insanlığa saysız-hesabsız üstünlüklər gətirən güclü ali təhsil şəbəkəsindən, fundamental kəşflərdən novator qərarlara qədər, iqlim və sağlamlıq sahəsində mövcud problemlərdən, istedadların növbəti nəsillərinin formalaşmasına qədər faydalanır. Biz fəxr edirik və minnətdarıq ki, birlikdə dünyanı daha yaxşı etmək istəyən alimlər, tədqiqatçılar və müəllimlər kimi bu böyük insan cəmiyyətinə mənsubuq”.
Yeni reytinqdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Rusiyanın ən yaxşı ali məktəbi və top-100 -lükdə təmsil olunan yeganə ali təhsil müəssisəsi kimi 78-ci yeri tutub. Artıq beşinci ildir ki, MDU dünyanın ən yaxşı 100 universiteti arasında mövqeyini qoruyub saxlayır. Bu uğurdan danışan MDU-nun rektoru akademik V.A.Sadovniçi qeyd edib ki, ötən beşillik universitetin inkişafında bir çox cəhətdən bir dönüş nöqtəsi olub: “Biz universitetin inkişafı üçün yeni proqram qəbul etdik, fənlərarası elmi-təhsil məktəblərinin prioritet istiqamətləri üzrə unikal layihənin icrasına başladıq, universitetin rəqəmsal və innovativ inkişafına üstünlük verdik. Bütün bunlar universitetin intellektual potensialını birləşdirməyə, mövcud olan və yeni təhsil trayektoriyalarını yenidən təşkil etməyə imkan verdi”.
Bu il QS institusional reytinqinə 97 ölkədən 1300 ali təhsil müəssisəsi daxil olub. Bununla yanaşı, 6400-dən çox ali məktəbə tədqiqatda iştirak etməyə icazə verilib. Builki reytinqin ilk 100-lüyündə ABŞ-ın 26, Böyük Britaniyanın 18 universiteti yer alıb.
Universitetlərin fəaliyyətləri qiymətləndirilərkən akademik dairələrin 130 mindən çox və işəgötürən təşkilatların 75 min nümayəndələri tərəfindən aparılan sorğuların nəticələri nəzərə alınıb. Tədqiqat metodologiyası reytinqin tərtib edilməsi üçün altı əsas göstəricini əhatə edir - akademik nüfuz, işəgötürənlər arasında nüfuz, müəllimlərin və tələbələrin sayının nisbəti, bir müəllim və əməkdaşa düşən sitatların sayı, əcnəbi müəllimlərin və əməkdaşların payı, əcnəbi tələbələrin sayı.
Reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/world-university-rankings/2022 səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
18.06.2021 | 11:20 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|