Türkiyənin Karabük Universitetində əməkdaşlıq müzakirələri

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin bir neçə əməkdaşı Türkiyənin Karabük Universitetində olublar.

 

Karabük Universitetinın rektoru, professor Refik Polatla iki universitet arasındakı əməkdaşlıq əlaqələri müzakirə edilib. Müştərək elmi layihələrin icrası, təhsildə mübadilə və qabaqcıl təcrübənin paylaşılması, o cümlədən ortaq araşdırma layihələri, ortaq təhsil prosesinin qurulması və bu istiqamətdə digər mühüm məsələlər haqqında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın daha da inkişafı ilə bağlı qərar qəbul olunub.

 

Sonra  iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Səfər çərçivəsində ADNSU-nun rektoru Karabük Universitetinin “Polad Çuqun” Tədqiqat İnstitutunda elmi məruzə ilə çıxış edib.

 

Sonda ADNSU-nun nümayəndə heyəti Karabük Universitetinin laboratoriyaları və tədqiqat mərkəzi ilə tanış olub.

 



16.06.2021 | 16:15