“Güvenli 2023 İstanbul” UTECA ilə təlimlərə başlayır | |
“Güvenilir Ürün Platformu” tərəfindən təşkil olunan və indiyədək 7 min insanın iştirak etdiyi “Güvenli 2023 İstanbul” layihəsi Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) əməkdaşlığa start verir.
UTECA-dan bildirilib ki, layihə çərçivəsində qida ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, məhsul satışı və istehsalı ilə məşğul olan müəssisələrə də ödənişsiz təlimlər keçiriləcək.
Ümumi gigiyena qaydalarına riayət olunmasından ərazilərin və iş sektorlarının izlənməsinə, qanunvericiliyin tələblərinə uyğun gündəlik iş planlamasının aparılmasından pandemiya dövründəki metodiki göstərişlərə qədər bir çox fərqli mövzuları iştirakçılara təqdim edən layihədə Türkiyənin professor və qida mühəndisləri ilə yanaşı, UTECA-nın müəllimi, qida mühəndisi Könül Qədimova da "Qida təhlükəsizliyi qanunları və Standartları" haqqında təlimlər keçəcək.
Qeyd edək ki, Zoom proqramı üzərindən reallaşdırılacaq layihə 23 iyun - 4 iyul tarixlərini əhatə edir.
|
|
16.06.2021 | 10:12 | |
|
|
|