MEK Rusiya Təbiət Elmləri Kitabxanası ilə müqavilə imzalayıb | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi istiqamətində yerli və beynəlxalq aidiyyatı təşkilatlarla kitab mübadiləsi, əməkdaşlığın daha da genişləndirilməsi yönündə mütəmadi olaraq işlər aparılır.
Görülən işlərin davamı kimi MEK ilə Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev və Rusiya Elmlər Akademiyası Təbiət Elmləri Kitabxanasının direktoru Oleq Şorin imzalayıblar.
Əməkdaşlıq çərçivəsində hər iki kitabxananın fondlarının çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, eləcə də fondların zənginləşdirilməsi istiqamətində tərəfdaşlıq nəzərdə tutulub. Bundan əlavə, kitabxana və informasiya mübadiləsi sahəsində qabaqcıl nailiyyətlərin, yeni texnologiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsi, vahid bir məlumat formalaşdırmaq üçün layihələrin həyata keçirilməsi öz əksini tapıb. Həmçinin bu müqavilə tərəfdaşlar arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirərək kitabxanalar səviyyəsində konfranslar, təlim seminarları, sərgi kimi elmi və mədəni layihələrin həyata keçirilməsini, digər məsələləri də əhatə edir.
Qeyd edək ki, MEK dünyanın qabaqcıl ölkələrinin ABŞ, Almaniya, Çin, Yaponiya, Türkiyə, Rusiya, Belarus və s. kitabxanaları ilə beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir.
|
|
11.06.2021 | 15:40 | |
|
|
|