“Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb | |
AMEA əməkdaşlarının ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Dendrologiya İnstitutunun nəzdində “Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb.
Düşərgənin açılışında AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zümrüd Məmmədova, ümumi işlər üzrə direktor müavini Rauf Əliyev, elmi katib Zemfira Abbasova, həmkarlar təşkilatının sədri Tünzalə Zeyvəliyeva, düşərgənin rəhbəri Soltan Qasımov və digər təşkilatlardan qonaqlar iştirak ediblər.
Qonaqlara düşərgədə uşaqlar üçün hazırlanan proqramlar barədə məlumat verilib. Bundan başqa, uşaqların yataq, yemək və istirahət otaqlarına, eləcə də düşərgənin həyətində attraksionlar, hovuz, açıq havada idman və ya oyunlar üçün avadanlıqlara baxış keçirilib.
Qeyd edək ki, 8-14 yaş arası məktəbli uşaqların düşərgədə istirahət müddəti 14 gün olmaqla 4 növbədə təşkil olunacaq. Bir növbə üçün yol vərəqəsinin qiyməti 200 manat təşkil edir ki, bunun 70 manatı valideyn tərəfindən, 130 manatı isə həmkarlar ittifaqı tərəfindən ödəniləcək.
|
|
27.06.2018 | 18:52 | |
|
|
|