“Beynəlxalq İnformatika Olimpiadası”nın Azərbaycan milli komandasına seçim turu keçirilib | |
Bakı Mühəndislik Universitetində Təhsil Nazirliyinin təşkil etdiyi məktəblilərin “Beynəlxalq İnformatika Olimpiadası”nın (International Olympiad in Informatics-IOI) Azərbaycan milli komandasına seçim turu keçirilib. Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilən müsabiqədə ümumtəhsil məktəblərindən 29 şagird iştirak edib.
Müsabiqə IOI qaydaları əsasında 2 turdan ibarət olub. Məktəblilərə hər turda 3 alqoritmik məsələni 5 saat ərzində həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi ilə sınaqdan keçirmə tapşırığı verilib.
Yekun qiymətləndirməyə əsasən, ən yaxşı nəticə göstərən 4 şagird 19-25 iyun tarixlərində Sinqapurda onlayn qaydada baş tutacaq 33-cü “Beynəlxalq İnformatika Olimpiadası”nda Azərbaycanı təmsil edəcəklər. |
|
31.05.2021 | 15:21 | |
|
|
|