Gələn il AzTU-da beynəlxalq elmi-texniki konfrans keçiriləcək | |
2019-cu ildə Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstan alimlərinin iştirakı ilə beynəlxalq elmi-texniki konfransın keçirilməsi planlaşdırılır. Bununla bağlı razılıq 19-20 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astanada MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının "MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda keçirilən XIII Forumda əldə olunub.
Forumda Azərbaycan Texniki Universitetini (AzTU) təmsil edən Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov Qazaxıstanlı və digər MDB ölkələrindən olan alimlərlə birgə elmi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib. Görüşlərin nəticəsi olaraq qərara alınıb ki, gələn il Azərbaycanda texniki ali təhsil sahəsində flaqman universitet olan AzTU-da beynəlxalq elmi-texniki konfrans təşkil olunsun.
Konfransda MDB və Baltikyanı ölkələr, həmçinin Gürcüstandan olmaqla ümumilikdə yüzdən çox alimin iştirakı nəzərdə tutulub. |
|
25.06.2018 | 18:49 | |
|
|
|