“Akkreditasiya prosesində ekspertlərin rolu”

Gəncə Dövlət Universitetinin (GDU) İnnovasiyalar Departamentinin təşkilatçılığı, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) iştirakı ilə “Akkreditasiya prosesində ekspertlərin rolu” mövzusunda onlayn seminar təşkil olunub.

 

Seminarın keçirilməsində məqsəd TKTA rəhbərliyi ilə akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək Akkreditasiya komissiyalarının fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat vermək olub.

 

Seminarda GDU-nun bütün fakültələrini təmsil edən müəllimlər iştirak ediblər.

 

Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə universitet haqqında qısa məlumat verdikdən sonra bu prosesdə aktiv iştirak edə biləcək əməkdaşların ali məktəbdə yetərincə olduğunu diqqətə çatdırıb.

 

Daha sonra TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov geniş təqdimatla çıxış edib. O, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə tanışlıq”, “Agentliyin fəaliyyət istiqamətləri”, “Akkreditasiyaya dair əsas anlayışlar”, “Akkreditasiya Komissiyasının vəzifə və hüquqları”, “Ekspertlərin seçilməsi və onlara olan tələblər” barədə də iştirakçılara ətraflı məlumat verib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 



27.05.2021 | 13:39