"Azərbaycan Vətənimdir” beynəlxalq rəqs müsabiqəsi yekunlaşıb

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan Vətənimdir” adlı onlayn beynəlxalq rəqs müsabiqəsinə yekun vurulub.

 

Müsabiqənin əsas məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və təbliğ etmək, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedadlı gəncləri üzə çıxartmaqdan ibarət olub.

 

Müsabiqəyə respublikamızda fəaliyyət göstərən 36 uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri ilə yanaşı ABŞ, İsveçrə, Ukrayna, Rusiya, Gürcüstan, Belarus, Meksikada yaşayan azərbaycanlı uşaqlar qatılıb.

 

3 yaş qrupunda (6-10,11-14,15-18) “Azərbaycan xalq rəqsləri” nominasiyası üzrə 2 mərhələdə keçirilən müsabiqəyə ümumilikdə 500-ə yaxın rəqs videosu təqdim olunub.

 

Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyən olunub. Qaliblər Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif ediləcəklər.

 

 



20.05.2021 | 11:44