BMU tələbələri Elektron Hökumətin İnkişafı Mərkəzinin layihələrinə qatılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) istehsalat təcrübəsində olan tələbələri bir sıra layihələrə cəlb olunub. 

 

Universitetdən bildirilib ki, tələbələr bu mərkəzdə vətəndaşlar üçün dövlət xidmətlərinin əlçatanlığı,  rəqəmsal hökumətə keçid  və rəqəmsal texnologiyalardan istifadənin tətbiq edilməsi ilə bağlı layihələrə qatılıblar.   

 

Layihələrə aktiv şəkildə qoşulan BMU-nun Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarının tələbələri Rüfət Məzəmov, Afət Həsənova, Nərmin Məmişova, Mir Cəlal Həşimli, Şıxməmməd Əyyubov və Türkan Həşimova EHİM-də istehsalat təcrübələrini uğurla davam etdirirlər.

 

Məlumat üçün bildirək ki, EHİM Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli Fərmanına uyğun olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ( ASAN) yaradılıb.

 



16.05.2021 | 12:19