BDU tələbələri Koreya dili nitq müsabiqəsinin finalında | |
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Bakı Seconq Dil məktəbində Koreya dili nitq müsabiqəsi keçirilib.
Universitetdən bildirilib ki, üç mərhələdə baş tutan nitq yarışmasının ilk mərhələsini 8 tələbə uğurla başa vurub və finalda iştirak etmək hüququ qazanıb. Finalda iştirak etməyə haqq qazanan iştirakçılardan üçü BDU-nun şərqşünaslıq fakültəsinin tələbələridir.
Nitq yarışmasında I yerə Nuranə Abbasova, II yerə isə Nigar Bəkirova layiq görülüb.
|
|
16.05.2021 | 10:15 | |
|
|
|