9 Zəngilan məktəblisi finalda | |
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.
Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışının ilkin mərhələsində Zəngilan rayonu üzrə 73 şagird iştirak edib.
Təhsil şöbəsindən aldığımız məlumata görə, rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən rayon üzrə 9 şagird finala vəsiqə qazanıb.
Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.
Şakir CƏFƏROV
|
|
10.05.2021 | 12:34 | |
|
|
|