“Qarabağ abidələri” rəsm və əl işləri müsabiqəsi yekunlaşıb | |
“Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin, həmçinin rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlərin iştirakı ilə keçirilən müsabiqəyə 100-ə yaxın təhsil müəssisəsindən 300-dən çox rəsm və əl işi daxil olub.
3 yaş qrupu (8-10, 11-14, 15-17) və 2 nominasiya (“Rəsm” və “Əl işləri)” üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. Müsabiqənin nəticələrinə əsasən, 17 nəfər I, 18 nəfər II, 17 nəfər III yerə layiq görülüb, 46 nəfər fəal iştirakına görə diplomla təltif olunub.
Qeyd edək ki, onlayn təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.
|
|
06.05.2021 | 12:14 | |
|
|
|