Naxçıvan Müəllimlər İnstitutunda yeni dərslik və dərs vəsaitlərinin təqdimatı

Naxçıvan Müəllimlər İnstitutunda “Yeni nəşrlərimizdən” silsiləsi çərçivəsində institutun əməkdaşları- dosent Sahib Əliyev, dosent Azad Novruzov və baş müəllim Ceyhun Əliyevin həmmüəlliflikləri ilə  “Riyazi analiz”, professor Yaqub Məmmədov, dosent Abdulla Həsənovun həmmüəlliflikləri ilə “Elementar riyaziyyat (həndəsə)” və baş müəllim Yusif Fərzəliyev, dosent Azad Novruzov və baş müəlim Ceyhun Əliyevin həmmüəlliflikləri ilə nəşr olunmuş “Planimetriyaya aid məsələlər (həlli ilə)” adlı dərslik və dərs vəsaitlərinin təqdimatı keçirilib. Təqdimat mərasimində Ali riyaziyyat və informatika, Riyaziyyat və tədrisi metodikası kafedralarının professor-müəllim heyəti, struktur rəhbərləri və Riyaziyyat və informatika müəllimliyi ixtisasının bir qrup tələbəsi iştirak edib.

 

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, tədris proqramlarına uyğun müasir dərslik, dərs vəsaitlərinin hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təqdimatı keçirilən dərs vəsaitlərini Riyaziyyat və informatika müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisaslarının tələbələri, müəllimləri üçün olduqca əhəmiyyətli sayıb.   

 

Sonda kitablar institutun kitabxanasına hədiyyə olunub.

 



06.05.2021 | 14:40