LDU Meksikanın Anahuac Universiteti ilə əməkdaşlığa başlayıb

Lənkəran Dövlət Universiteti (LDU)  ilə  Meksikanın Anahuac Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

 

LDU-dan bildirilib ki, hər iki universitetin rektorları tərəfindən onlayn  şəkildə imzalanan müqavilədə ali məktəblər arasında müəllim-tələbə mübadiləsinin və akademik əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores 2017-ci ildə Lənkərana səfəri çərçivəsində Lənkəran  Dövlət Universitetində   bu ali təhsil ocağının professor-müəllim heyəti ilə görüşmüş, maddi-texniki bazası ilə tanış olmuş, Meksika universitetləri  ilə LDU-nun qarşılıqlı  əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirmişdi.

 

Bu səfərdən sonra  LDU ilə Meksikanın Anahuac Universiteti arasında danışıqlar başlayıb və  əməkdaşlıq müqaviləsinin layihəsi razılaşdırılıb.

 

Hazırda imzalanan Anlaşma Memorandumu 5 il müddətinə qüvvədə qalacaq. 

 

 



03.05.2021 | 14:00