LDU-da narkomaniyaya qarşı mübarizə mövzusunda seminar

Lənkəran Dövlət Universitetində (LDU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizə” mövzusunda seminar keçirilib.

 

Onlayn təşkil olunan seminara universitetin tələbə və müəllimləri qatılıb.

 

LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov  müasir gənclik üçün bəlaya çevrilmiş narkomanlığın qarşısının alınması istiqamətində respublikada, o cümlədən, universitetdə görülən profilaktiki tədbirlər barədə ətraflı məlumat verib.

 

Lənkəran Şəhər Xəstəxanasının həkimi Nərmin Salayeva  mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə narkomanlığın səbəbləri, əlamətləri, müalicəsi, qarşısının alınmasında ictimaiyyətin rolu barədə ətraflı söz açılıb.

 

Seminarda universitetin tələbələrindən Sərxan Cəfərli, Zəhra Kərimova, Rəşad Novruzov məruzə ətrafında çıxış edərək narkomaniyanın zərərli təsirlərindən, müasir gəncliyin bu vasitələrədən uzaq durmasının əhəmiyyətindən danışıblar.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 



30.04.2021 | 18:05