MDU-da tədrisə dair hesabatlar təqdim olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

İclasda “Tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında”, “Pedaqoji fakültənin fəaliyyəti haqqında”, “Dövlət imtahanı, buraxılış işi və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında” hesabatlar dinlənilib.

 

Müzakirələrdən sonra rektor Şahin Bayramov tədrisin keyfiyyətinin yüksəldilməsi və fakültə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib. Hər üç hesabat Elmi Şura tərəfindən qəbul edilib.

 

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda MDU-nun strukturunun təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı təkliflərin hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında qərar qəbul olunub.

 

Elmi Şuranın iclası elektron tədris resurslarının yenilənməsi, eləcə də videodərslərin bazasının genişləndirilməsi, yeni tədris proqramlarının tətbiqi, universitetin tanıtımı, abituriyentlər arasında təbliğatın gücləndirilməsi və digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.



28.04.2021 | 17:57