Şahmat turnirinin qalibi olan tələbələr mükafatlandırılıb | |
Azərbaycan Texnologiya Universiteti (UTECA) və “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Sahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümunə həsr edilmiş UTECA tələbələrindən ibarət şahmat yarışının qalibləri mükafatlandırılıb.
Universitetdən bildirilib ki, fakültələrarası yarış 6 turdan ibarət olub. Chess.com platforması vasitəsilə təşkil olunan turnirə 50-yə yaxın tələbə qatılıb.
Yarışda Yüngül sənaye mühəndisliyi ixtisasının tələbəsi Kamil Hacıyev bütün görüşlərdə qalib gələrək I yeri tutub. Kompüter mühəndisliyi ixtisasının tələbəsi Orxan Ələkbərov yarışın ikincisi, Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi Taleh Abbasov isə 3-cüsü olub.
Yer tutan tələbələrlə görüş keçirilib, onlara diplom və hədiyyələr təqdim edilib.
|
|
28.04.2021 | 14:20 | |
|
|
|