“Tarixi abidələri qoruyaq” | |
Zəngilan rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli ümumi orta məktəb tərəfindən “Tarixi abidələri qoruyaq” mövzusunda tədbir keçirilib.
Təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə məktəbin direktoru, pedaqoji heyəti və V sinif şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Şahnaz Bağırova respublikamızda yerləşən qədim yaşayış məskənləri və bu günədək gəlib çatmış qiymətli tarixi abidələrimiz barədə şagirdlərə ətraflı məlumat verib. Daha sonra Ermənistanın torpaqlarımızı işğalı dövründə tarixi-mədəniyyət abidələrimizi qəddarcasına dağıtdıqları vurğulanıb.
Həmçinin, şagirdlər tərəfindən müxtəlif tarixi abidələrimiz barədə təqdimatlar hazırlanaraq nümayiş etdirilib.
Qeyd edək ki, hər il aprel ayının 18-i dünyada Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur.
Şakir CƏFƏROV |
|
24.04.2021 | 14:25 | |
|
|
|