Paytaxt məktəblisindən növbəti parlaq qələbə | |
Bakı məktəblisi Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirində qalib olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Monteneqronun Nikşiç şəhərində keçirilən şahmat üzrə turnirdə böyük uğura imza atıb.
Belə ki, A.Süleymanlı 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizə aparıb.
|
|
23.04.2021 | 13:51 | |
|
|
|