“Azərbaycan təsviri sənətinin naməlum səhifələri” | |
Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsi müəllim və tələbələri üçün Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev “Azərbaycan təsviri sənətinin naməlum səhifələri” mövzusunda onlayn seminar keçib.
Fakültənin dekanı, Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov bu cür tədbirlərin keçirilməsinin müəllim və tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Professor Ziyadxan Əliyev seminarda Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı, zəngin hissəsini təşkil edən, dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətindən danışıb və ən qədim miniatür nümunələrini sadalayıb. Ölkəmizin təsviri sənət tarixinə öz töhfələrini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən professor vurğulayıb ki, rəssamın əsərlərində dövrün koloriti, öncül mövzuları öz əksini tapıb; Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edib.
Seminarın sonunda müəllim və tələbələrin sualları cavablandırılıb.
|
|
22.04.2021 | 18:00 | |
|
|
|