Paytaxt məktəblisi bürünc medal qazanıb

Bakı məktəblisi Polşada keçirilən beynəlxalq yarışda uğura imza atıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 265 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nicat Hüseynov Polşanın Keltse şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində bürünc medala layiq görülüb.

 

Qeyd edək ki, ikiqat respublika çempionu N.Hüseynov ölkədaxili və beynəlxalq yarışlarda indiyədək 24 qızıl medal qazanıb. 18 yaşlı N.Hüseynov idman ustası normativini yerinə yetirib.

 

 



22.04.2021 | 16:05