| Peşə təhsili müəssisələrinə işə qəbul davam edir | |
| Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir. Proses 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir. 
 Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır. 
 Elektron qeydiyyat prosesinin qaydaları barədə aşağıdakı videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərsiniz. | |
|   | 19.04.2021 | 11:00 | 
|  | |
|  | |