“Nizami dühası və müasirlik” | |
Naxçıvan Müəllimlər İnstitutunda “Nizami dühası və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
İnstitutun rektoru Azad Novruzov bildirib ki, Azərbaycan və dünya ədəbiyyatında görkəmli yer tutmuş Nizami Gəncəvi irsi tək xalqımızın deyil, dünya mədəni irsinin incilərindən hesab olunur. “Nizami Gəncəvi yaradıcılığının tədqiqi və təbliği üçün ciddi işlər Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövründə başlayıb. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi sənətkarın 840 illik yubileyi keçirilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd olunub. Şairin xatirəsinə ehtiram əlaməti olaraq 2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edilib. Bu, dövlətimizin Nizami ilə bərabər, bütövlükdə Azərbaycan ədəbiyyatına və mədəni irsinə diqqətinin təcəssümüdür”-deyən A.Novruzov “Nizami Gəncəvi ili”nin ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da geniş qeyd edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tələbə və müəllimlər respublika səviyyəli bir sıra konfrans, müsabiqə və seminarlarda iştirak edib, məqalələrı elmi və kütləvi nəşrlərdə dərc olunub, tələbələrin rəsm işləri nümayiş etdirilib.
Konfransda proqrama uyğun olaraq “Nizami Gəncəvi əsərlərinin Azərbaycanda tədqiqi tarixi”, “Nizami Gəncəvi elm haqqında”, “Nizami yaradıcılığında bitkilərə münasibət”, “Nizami Gəncəvi təlim-tərbiyə haqqında”, “Nizami Gəncəvinin pedaqoji görüşləri” “Nizami Gəncəvinin təbiət elmlərinə dair fikirləri” və digər mövzularda mərüzələr dinlənilib.
|
|
17.04.2021 | 14:25 | |
|
|
|