Coğrafiya İnstitutunda dissertantura və doktoranturaya qəbul imtahanı başa çatıb | |
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda dissertantura və doktoranturaya qəbul imtahanı başa çatıb.
İnstitutun doktoranturasına Tarixi coğrafiya, Siyasi və rekreasiya coğrafiyası, İnsan coğrafiyası və Okeanologiya ixtisasları üzrə 3 nəfər fəlsəfə doktoru hazırlığına qəbul olunub.
Dissertanturaya fəlsəfə doktoru hazırlığı üzrə Tarixi coğrafiya, Siyasi və rekreasiya coğrafiyası, Regional coğrafiya, İnsan coğrafiyası və Giziki coğrafiya ixtisasları olmaqla 4 nəfər qəbul edilib, 2 iddiaçı isə elmlər doktoru hazırlığı üzrə uğur qazanıb.
Bu barədə institutdan bildirilib.
|
|
12.04.2021 | 12:07 | |
|
|
|