Qəbələ məktəbləri pandemiya dövründə

Qəbələ Rayon Təhsil Şöbəsində onlayn tədbir keçirilib. Təhsil şöbəsindən aldığımız məlumata görə, tədbirdə  şöbənin müdiri Arifə Bayramovanın rəhbərliyi altında məktəblərdə mövcud pandemiya şəraitində təlim-tərbiyə, tədris prosesinin təşkilinə qoyulan tələblərin icrası baxımından rayon ümumtəhsil məktəblərində aparılmış monitorinqlər müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

Sonra rayon üzrə təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyası ilə bağlı məlumat məktəb rəhbərlərinin diqqətinə çatdırılıb.

 

Şakir CƏFƏROV

 



10.04.2021 | 15:24