"Kiçik Akademiya"nın AMEA ilə əməkdaşlığı daha da genişlənəcək | |
Bakıdakı 173 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən"Kiçik Akademiya" üzvləri AMEA-nın Coğrafiya İnstitutunda təşkil olunmuş seminar- məşğələdə iştirak ediblər. Sonra məktəbin şagirdləri əməkdaşlıq çərçivəsində institutun xəritəçilik və coğrafi informasiya şöbəsində olublar. Yaşar Nəsibov şöbənin fəaliiyyəti haqqlnda məlumat verib. İnstitutun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova şagirdlərə tədbirin əhəmiyyətindən danışıb.
Coğrafiya İnstitutunun elmi işçisi, eyni zamanda məktəbin cöğrafiya müəllimi və "Kiçik Akademiya"nın rəhbəri Gülsarə İmanova isə tədbir iştirakçıları qarşısında "Kiçik Akademiya"nın fəaliyyəti barədə hesabat verib. Tədbirdə digər çıxışlar da olub.
Qeyd olunub ki, bundan sonra "Kiçik Akademiya"nın AMEA -nın Coğrafiya İnstitutu ilə əməkdaşlığı daha da genişlənəcək.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV |
|
14.06.2018 | 18:49 | |
|
|
|