Dünyanın tanınmış plastik cərrahlarının virtual toplantısı | |
ISAPS təşkilatının (International Society of Aesthetic Plastic Surgeons – Plastik və Estetik Cərrahların Beynəlxalq Cəmiyyəti) təşəbbüsü ilə ümumdünya bilik marafonu keçirilib. 48 saat ərzində onlayn formatda davam edən tədbirə dünyanın 91 olkəsindən 400-dən çox iştirakçı qatılıb.
Tanınmış plastik cərrahların virtual toplantısında Azərbaycanı Tibb Universitetinin (ATU) Ağız və üz-çənə cərrahiyyə kafedrasının dosenti Nigar Sultanova təmsil edib.
ATU-nun təmsilçisi tədbirdə mövzuya dair məruzə ilə çıxış edib.
Azərbaycanlı cərrahın məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bu barədə universitetdən məlumat verilib. |
|
01.04.2021 | 17:11 | |
|
|
|