Lütfi Zadənin elmi nailiyyətlərindən bəhs edən konfrans

Mingəçevir Dövlət Universitetində (MDU) mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Elm Günü çərçivəsində dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş XII elmi konfrans keçirilib.

 

Konfransda çıxış edən MDU-nun mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva ölkəmizdə elm sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edib,  görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin respublika səviyyəsində qeyd olunduğunu və bununla əlaqədar  MDU-da dünya şöhrətli azərbaycanlı alimin zəngin elmi yaradıcılığına həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

MDU-nun mühəndislik fakültəsinin tələbələrindən Salatın Rəhimova “Bütün zamanların elm nəhəngi olan Lütfi Zadənin elmi nailiyyətləri”, Fatma Mirzəzadə “Aristotel məntiqindən Lütfi Zadə məntiqinə yol”, Pərvin Əhmədov “Lütfi Zadə nəzəriyyələrinin praktiki tətbiqləri”, Alyona İsgəndərova “Qeyri-səlis məntiqin enerji sənayesində tətbiqinə ümumi baxış”, Fatimə Babayeva “Soft Computing” nəzəriyyəsinin tətbiqilə pilotsuz uçuş aparatlarının kompüter simulyasiyası”, Aidə Heydərova “İnformasiya sistemləri və texnologiyalarının inkişafında qeyri-səlis məntiqin rolu” mövzularında çıxış ediblər.

 

Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 



31.03.2021 | 17:23