| Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib | |
| Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+Ofisinin direktoru Pərviz Bağırovun təqdimatında onlayn vebinar keçirilib. 
 Vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklər ilə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub. 
 Onlayn vebinarda 20-ə yaxın ali təhsil müəssisəsindən 80-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında təqdimat nümayiş edilib. 
 Vebinarın videoyazısı aşağıda təqdim edilir. 
 
 | |
|   | 31.03.2021 | 11:43 | 
|  | |
|  | |