Xarici ali təhsil müəssisələrinin lisenziyalı Bakı filialları

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının ölkəmizdə filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur:

 

- Dağıstan Dövlət Universiteti;

- Cənubi Rusiya Humanitar İnstitutu;

- Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

- Rusiya Dövlət Sosial Universiteti.

 

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

- Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

- Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

- V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

- İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

 

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az"Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

 

 



19.03.2021 | 15:21