Körpə səslərini aydın dildə ifadə edən proqram yaradılıb | |
ABŞ-ın Los-Anceles Kaliforniya Universitetinin alimləri öncə zəif eşidən valideynlər üçün ümumi fonda körpənin ağlamasını ayırd edə bilməkdən ötrü proqram hazırlayıb. “Chatterbaby” adlandırılımış proqram təminatının sınaqları zamanı məlum olub ki, körpə səslərini üç kateqoriyaya aid etmək olar: aclıq, ağrı və sıxıntı. Təcrübəli ana səsdən körpənin nə istədiyini başa düşə bilər. Yeni proqram alqoritmi məhz bu məqsədə xidmət edəcək.
www.techcult.ru saytının məlumatına görə, tapşırıq həm asan, həm də mürəkkəb olub, çünki körpə refleksli olaraq davranır. Ağrı hissləri onu fasiləsiz qışqırmağa məcbur edir, halbuki adi təlaş zamanı səslər arasında fasilə mövcuddur. Yemək tələbi öz akustik özəlliklərinə malikdir və proqram 2000 nümunəni öyrəndikdən sonra körpə səslərini 90 faiz dəqiqliklə ayırd etməyə müvəffəq olub.
Genotip, dəqiq yaş, iqlim, mühit və digər amillər körpənin səsinə kifayət qədər güclü təsir göstərir. Buna görə də mütəxəssislər çox sayda körpənin səs nümunələrindən ibarət məlumat bazası yaratmağa dair qərar verib. “Chatterbaby” proqramının istifadəçilərinə öz körpələrinin səslərini yazmaq və onları göndərmək təklif edilir. Bu informasiyanın fərdiləşdirilməyəcəyinə dair söz verilib. Bu texniki məlumatlar sadəcə alqoritmlərin optimallaşdırılması üçün lazımdır.
|
|
16.06.2018 | 10:27 | |
|
|
|