Təhsil naziri Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Martın 17-də təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

 

Görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

 



17.03.2021 | 18:42