Azərbaycanlı müəllimlər Pitesti Universitetinin təcrübəsi ilə tanış olublar

Qərbi Kaspi Universitetinin müəllimləri Günay Mustafayeva psixologiya, Günel Bahaddinova fizika, Nigar Bağırova menecment ixtisası üzrə bilik və təcrübələrini bir həftə ərzində rumıniyalı tələbələrlə bölüşüblər. Azərbaycanlı  müəllimlər  “Erasmus+” mübadilə proqramı çərçivəsində Pitesti Universitetinin metodiki təcrübəsi ilə də tanış olublar.

 

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər.

                                                             

Sifai SƏFƏROVA

 



18.06.2018 | 13:57