Təhsil naziri İraq Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb | |
Martın 10-da təhsil naziri Emin Əmrullayev İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası ilə İraq Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
|
|
11.03.2021 | 10:39 | |
|
|
|