YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib | |
YAP-ın VII qurultayında Azərbaycanın son onilliklərdə keçdiyi müasir inkişaf yolu dərindən təhlil olunub. Qeyd edilib ki, Azərbaycanın müasir müstəqil dövlətçilik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dövlətçiliyin əsaslarının qurulması, möhkəm təməl üzərində inkişafında misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin uzunillik idarəetmə təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər Azərbaycanın mütərəqqi insanlarını Ümummilli Lider ətrafında birləşdirib. Məhz bu birlik Azərbaycanın müasir tərəqqisini təmin etmişdir.
|
|
09.03.2021 | 18:07 | |
|
|
|