İkinci Qarabağ müharibəsində diplomatik və hərbi cəbhənin mübarizəsi dərsliklərə salınmalıdır | |
YAP-ın VII qurultayında cəmiyyətə partiyanın qapılarının konstruktiv qüvvələrə açıq olması, milli həmrəylik mesajları verilib. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir. Qurultayda Siyasi Şura ləğv edilib, qarşılığında İdarə Heyəti genişləndirilib. Partiyada birinci müavin postu təsis olunub və bu post ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunub. Hakim partiya olaraq YAP özünü dövlət sisteminə uyğunlaşdırıb. VII qurultay köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, yeni dövrə ağrısız keçidin təmin edilməsi baxımından ideal düstur təqdim edə bilib, Veteranlar Şurası yaradılıb.
Prezident İlham Əliyev islahatları sürətlə həyata keçirmək üçün YAP-ı yeniləyib. Prezidentin YAP fəallarından, hətta veteranlardan da gözlədiyi daha fəal olmaq, kabinetlərdən əhali arasına çıxmaqdır, iqtidara real dəstək verməkdir.
|
|
09.03.2021 | 17:54 | |
|
|
|